Rusiya Xersonu atəşə tutub: 5 ölü, 20 yaralı
24 Dekabr 2022
Rusiya Silahlı Qüvvələri Xersonun mərkəzini atəşə tutub. Nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilla Timoşenko bildirib.
“Düşmən Xerson vilayətinin ərazisini 74 dəfə atəşə tutub. Onlar artilleriyadan, reaktiv yaylım atəşi silahlarından, minaatanlardan və tanklardan atəş açıblar. Xersonun yaşayış məntəqələrinə amansızcasına hücum ediblər - düz 36 atəşə tutulma halı qeydə alınıb. Mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, özəl və çoxmənzilli evlərə düşüb”, - o bildirib.