Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Xersondakı doğum evini atəşə tutdu - FOTO

Rusiya ordusu Ukraynanın Xerson şəhərindəki doğum evini atəşə tutublar.

Bu barədə Ukrayna səhiyyə naziri Viktor Lyaşko feysbuk səhifəsində məlumat verib.

“Terrorçular növbəti dəfə uşaqları hədəfə alıblar. Bu gün bu doğum evində iki körpə doğulub. Körpələrdən biri Rusiya mərmiləri tərəfindən doğum evinin divarları dağıdılmazdan bir neçə dəqiqə əvvəl dünyaya gəlib”, - Lyaşko yazıb.

Onun sözlərinə görə, xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.