Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar" - Türkiyənin XİN başçısı

Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın əsas məqsədi Rusiyanın dövlət başçısı Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskini bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq", - Çavuşoğlu vurğulayıb.