Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya və Ukrayna məhsulları marketlərdə yoxa çıxıb? - VİDEO

Son dövrlər mağazalarda Rusiyadan idxal olunan bəzi ərzaq məhsullarının azaldığı iddia olunur.

Amma Bakı və Sumqayıtdakı iri marketlərdəki mənzərə heç də yayılan iddialarla üst-üstə düşmür. Belə ki, satıcılar Rusiyadan gətirilən məhsullarda hələ ki ciddi azalma olmadığını bildirirlər. Heç bu malların qiymətlərində də artım müşahidə edilmir.

Ukraynadan idxal edilən məhsullar artıq anbarlardan boşalmaq üzrədir.

Alıcılar da hələ ki istədikləri məhsulları marketlərdən tapıb ala bilirlər.

İqtisadçı ekspert Elman Sadıqov deyir ki, hazırda Rusiyadan gələn məhsullarda ciddi azalma müşahidə olmasa da, gələcəkdə belə bir halla qarşılaşa bilərik.

Ekspertin fikrincə, Rusiya ilə Ukrayna arasında müharibə daha bir neçə ay davam edərsə, dünyada ciddi ərzaq qıtlığı yaşana bilər.

Elman Sadıqov deyir ki, qlobal böhran və Rusiya ilə Ukrayna arasında gedən hərbi münaqişənin Azərbaycana iqtisadi təsirlərini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. (Xəzər TV)