Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya və İran prezidentləri Qarabağa dair müzakirələr aparıblar

Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

TASS agentliyi xəbər verir ki, tərəflər Qarabağa dair müzakirələr aparıblar.

Rusiya və İran liderləri həmçinin Əfqanıstan, Suriyadakı vəziyyəti də müzakirə ediblər.

Rəsmi Kreml Kabildə sülh və sabitliyi təmin etməyə hazır olduğunu bildirib.(Report)