Rusiya Ukraynaya raket zərbələri endirib, ölənlər var
07 Oktyabr 2026
Rusiya ordusu Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbələri endirib.
“Unian“ xəbər verir ki, hücum nəticəsində ölənlər və yaralananlar var.
Məlumata görə, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.
4 nəfərin öldüyü, daha 20 nəfərin yaralandığı bildirilir, onların arasında 3 uşaq da var.
Bundan başqa oktyabrın 7-də Poltava vilayətinin Kremençuq şəhərinə Rusiya ordusunun kütləvi hücumu baş verib, nəticədə yaşayış infrastrukturuna, o cümlədən çoxmənzilli binalara ziyan dəyib.
İlkin məlumata görə, 2 nəfər ölüb, daha 7 nəfər yaralanıb, xilasetmə əməliyyatı davam edir.