Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanı sualtı qayıqlarla da vurur: "877 Halibut” layihəsi

Rusiya Ukraynaya raket zərbələri endirmək üçün sualtı qayıqlardan da istifadə edir.

Bu barədə Ukraynanın telegram kanalları məlumat yayıb.

Bildirilir ki, Rusiya qoşunları Qara dənizdə 4 sualtı qayıqdan “Kalibr” raketləri ilə Ukraynanı vurur. Məlumatda qeyd olunur ki, “Moskva” kreyserinin batmasından sonra sualtı qayıqlardan daha tez-tez istifadə etməyə başlanılıb.

Söhbət Rusiya sualtı qayıqlarının "877 Halibut” layihəsindən gedir. Raketlər həmin qayıqlardan 50 metrə qədər dərinlikdən buraxılır. Buna səbəb isə radarların və peyklərin onları effektiv şəkildə ələ keçirməsinə mane olmaqdır.