Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynanı şiddətli atəşə tutdu, Polşa aviasiyası havaya qaldırıldı

Rusiya müharibə başlayandan bu yana Ukrayna ərazisinə ən böyük hücunlaından birini həyata keçirib. 

Ukrayna mətbatı xəbər verir ki, Ukrayna ərazisinə 50-dən çox müxtəlif ballistik raketlərdən və 100-dən çox PUA-lardan istifadə edilməklə kombinə (qarışıq) zərbə endirilib.

️Ukraynada hava hücumu xəbərdarlığı Moskva vaxtı ilə səhər saat altıdan sonra elan edilib. Ukrayna mediası bir sıra regionlarda: Kiyev, Xarkov, Sumı, Poltava, Vinnitsa, Kirovoqrad, Dnepropetrovsk, İvano-Frankivsk, Lvov və Odessa vilayətlərində partlayışların olduğunu açıqlayıb.

Kiyevdə silsilə partlayışlardan sonra elektrik enerjisi kəsilib. Ümumilikdə, şəhərdə təxminən on partlayış səsi eşidilib.

Odessada enerji obyekti vurulub, Lvov vilayətinin Stryi şəhərində zərbədən sonra ciddi bir partlayış baş verib, elektrik enerjisi kəsilib.

İvano-Frankovskda hərbi texnikalarım olduğu anqara zərbə endirilib, partlayış Ukrayna Silahlı Qüvvələrinin iki F-16 gizlətdiyi ərazidə baş verib.

Volında isə zərbə Ukrayna hərbçilərinin dislokasiya olduğu yerə endirilib.

Rusiyanın Ukraynanı kütləvi raket və dron atəşinə tutması fonunda Polşa aviasiyası havaya qalxıb.

Polşa silahlı qüvvələrinin komandanlığından bildirilib ki, hərbi aviasiya ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb.