Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynada səsdən iti “Xəncər”ini işə saldı

RF Müdafiə Nazirliyi bildirib ki, qoşunlar Ukraynaya məxsus yeraltı hərbi anbarı dağıtmaq üçün “Xəncər” hipersəs raket kompleksindən istifadə ediblər.

Bu barədə xəbəri nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkova istinadən “İnterfaks” agentliyi yayıb. Konaşenkovun sözlərinə görə, zərbə Ukraynanın qərbində yerləşən İvanovo-Frankovsk vilayətinin Delyatin yaşayış məntəqəsində raketlərin və aviasiya sursatlarının yeraltı anbarına endirilib.

“Xəncər” modernləşdirilmiş MİQ-31 – MİQ-31K qırıcılarının bazasında yaradılıb, 2000 km-dək məsafədən hədəfi nişan ala bilir. Bir qədər əvvəl isə RF-nın Cənub hərbi dairəsində bu modifikasiyalı 10 qırıcının keşik çəkdiyi barədə məlumat yayılmışdı. Rusiya 2022-ci ildə hipersəs “Xəncər” raketlərini Suriyaya da hərbi təlimə göndərmişdi.