Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynada itkilərini etiraf etdi, amma öz bildiyi kimi

Ukraynadakı müharibədə Rusiya ordusunun hərbçiləri həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirıliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov həlak olan rus əsgərlərinin sayını açıqlamayıb.

Bununla yanaşı, o, qeyd edib ki, müharibənin gedişatında yaralanan rus hərbçiləri də var. General-mayor Ukrayna tərəfinin də itki verdiyini bildirib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıblar.