Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya üçün bəd xəbər: "Brimstone" gəlir

Böyük Britaniya yaxın bir neçə həftə ərzində - böyük ehtimalla mayın 10-dan əvvəl Ukraynaya yüksək texnologiyalı "Brimstone" sinifindən olan raketlər göndərəcək.

TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi bildirib.

Brimstone (ingilis dilində kükürd) yüksək texnologiyalı hava-yer tipli raketdir. Bu raketlər hədəfi özü tapmağa qadirdir. Silah Britaniya Hərbi Hava Qüvvələri (RAF) üçün beynəlxalq MDBA konsorsiumu tərəfindən hazırlanıb. O, hərəkət edən hədəfləri yüksək dəqiqliklə vurmağa imkan verən aktiv radar başlığı ilə təchiz edilib. Bundan əlavə, raketin lazer yönəltmə imkanı da var.