Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya terrorizmi dəstəkləyən ölkədir" - Latviya parlamenti qərar qəbul etdi

Latviya Seymi (parlament) Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb.

TASS xəbər verir ki, bu barədə Seymin saytında bildirilir.

“Cümə axşamı günü, avqustun 11-də Seym qəbul etdiyi bəyanatda Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyətini terrorizm kimi, Rusiyanı isə terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb”, - məlumatda deyilir.

Parlament, həmçinin Aİ ölkələrini ruslara və belaruslara viza verilməsini dərhal dayandırmağa çağırıb.