Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya təhdidlərə qarşı Çinlə “birləşə biləcəyi” ilə hədələyir

Çərşənbə günü Rusiya Çinlə tərəfdaşlığının üçüncü ölkələrə yönəlmədiyini, lakin ABŞ-dan təhlükə ilə üzləşdikləri təqdirdə iki gücün "potensialı birləşdirə biləcəyini” bildirib.

“Xatırlatmaq istərdim ki, Moskva və Pekin ABŞ-a “ikiqat əks addımla” cavab verəcək, - bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yaponiyada Amerika raketlərinin mümkün yerləşdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Sentyabrın 7-də “Japan Times” ABŞ-ın orta mənzilli “Typhon” raket sistemini Yaponiyada birgə hərbi təlimlər keçirmək üçün yerləşdirməkdə maraqlı olduğunu bildirib.

"Aydındır ki, həm Rusiya, həm də Çin əlavə və çox əhəmiyyətli raket təhdidlərinin yaranmasına reaksiya verəcək və onların reaksiyası siyasidən uzaq olacaq, bu da hər iki ölkə tərəfindən dəfələrlə təsdiqlənib", - Zaxarova həftəlik brifinqdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiya və Çinin niyyətində aqressiv olmayan strateji tərəfdaşlıq var.

“Münasibətlərimiz üçüncü ölkələrə qarşı yönəlməyib... və buna ikiqat etirazımız bununla ziddiyyət təşkil etmirş Bu, müdafiə mövqeyidir, bu, başqa ölkələrə qarşı yönəlmiş təşəbbüs deyil”, - deyə Zaxarova “Reuters”in sualını cavablandırıb.

“Ancaq bizə qarşı bir mərkəzdən hücum siyasəti aparılırsa, niyə imkanlarımızı birləşdirib layiqli cavab verməyək?”

Prezidentlər Vladimir Putin və Si Cinpin 2022-ci ildə, Putinin Ukraynaya qoşun yeritməsindən üç həftədən az bir müddət əvvəl “məhdudiyyətsiz” tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu ilin mayında onlar yeni dövr üçün “hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq” adlandırdıqları şeyi dərinləşdirmək barədə razılığa gəliblər.

Putin keçən həftə onları “sözün hər mənasında müttəfiqlər” adlandırsa da, iki ölkə rəsmi hərbi ittifaq elan etməyib.

Rusiya və Çin çərşənbə axşamı başlayan dəniz qüvvələri də daxil olmaqla birgə hərbi təlimlər keçirib. Təlimlərin başlanmasına nəzarət edən Putin ABŞ-a Asiya-Sakit Okean regionunda hərbi qüdrətini artırmaqla Rusiyadan üstün olmağa çalışmaması barədə xəbərdarlıq edib. (Turan)