Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya son addıma əl atdı: Ukrayna ərazilərinin ilhaqı ilə bağlı referendum keçiriləcək

“Luqansk Xalq Respublikası”nın “Xalq Şurası” qondarma respublikanın Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendumun keçirilməsinə dair qərar qəbul edib.

“İnterfaks” xəbər verir ki, “LXR”də referendumun cari ilin 23-27 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, “Donetsk Xalq Respublikası”nın “Xalq Şurası” da eyni tarixlərdə Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsinə qərar verib.

Eyni zamanda, Xerson və Zaporojye vilayətlərinin ictimai şurası regionların hərbi-mülki administrasiyalarını eyni məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb.

Bəzi mənbələrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin axşam Rusiya əhalisinə müraciət edəcək. Bundan əlavə, müdafiə naziri Serqey Şoyqunun da müraciəti görlənilir.

Yerli mətbuat ölkədə səfərbərlik elan olunacağını yazır.