Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya rəsmi şəkildə Ukraynanın dörd vilayətinin ilhaqını elan etdi - VİDEO

Bu gün Kremldə Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi keçirilib.

Bundan əvvəl Vladimir Putin Kremldə toplaşanlar qarşısında geniş niqtlə çıxış edib. O, ənənəyə sadiq qalaraq müharibədə Ukraynanı və Qərbi ittiham edərək, Rusiyanın sülh tərəfdarı olduğunu deyib.

Daha sonra Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin qondarma nümayəndələri müvafiq sənədlərin altına öz imzalarını atıblar.



Xatırladaq ki, Rusiya sentyabrın 23-27-də Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum”lar təşkil edib.

Qeyd olunub ki, bütün səslər hesablanıb və seçicilərin əksəriyyəti “Rusiya Federasiyasına qoşulmağa səs verib”.