Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunlarının böyük qruplaşması mühasirəyə alınıb - Məhv edilməsi gözlənilir

Ukrayna Silahlı Qüvvələri İrpin, Buça şəhərlərini və Kiyev yaxınlığındakı Qostomel qəsəbəsini mühasirəyə alıb.

UNİAN xəbər verir ki, bu barədə Milli Qvardiyanın çevik qüvvələr briqadasının zabiti Xariton Starskiy deyib.

"Onları mühasirəyə almışıq. Yaxşı xəbərlər gözləyirik. Ya onları məhv edəcəyik, ya da böyük bir qruplaşma əsir götürüləcək", - o, əlavə edib.

Buçansk Şəhər Şurası da Facebook-da məlumat yayıb.

"Makarovskaya, Buçanskaya, İrpinskaya, Dmirovskaya icmaları (Ukraynanın inzibati əraziləri - red.) ruslar tərəfindən atəşə tutulublar, Dmirovskidə - düşmən hərəkət edir, ətraf kəndləri davamlı şəkildə atəşə tutur. Gecə saatlarında Şpıtki atəş altında idi, bu da yanğına səbəb olub. Jitomir şossesində daimi döyüşlər gedir. İrpin, Buça, Qostomel Ukrayna Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb” – məlumatda deyilir.