Rusiya qoşunlarını tələsik şəkildə Suriyadan çıxarır - VİDEO
17 Dekabr 2024
Suriya KİV-lərinin məlumatına görə, Rusiya kontingentinin ölkədən təxliyəsi davam edir.
Dekabrın 15-də Rusiya qoşunları ölkənin dərinliklərindən Xmeymim və Tartusdakı bazaya çəkilməyə davam edib.
Rusiyanın hərbi-nəqliyyat təyyarələri insanları və texnikanı Rusiya ərazisindəki hava limanlarına - Çkalovsk, Nijniy Novqorod və Mahaçqalaya aparmaqda davam edir.
Silah, hərbi texnika və şəxsi heyətin təxliyəsi üçün İl-76MD, 2 İl-76MD və An-124-100 nəqliyyat təyyarələrindən istifadə olunur.
Suriya televiziyası Rusiya qoşunlarının çıxarılmasını əks etdirən kadrları nümayiş etdirir.
Xmeymimdən yayımlanan kadrlarda nəlqiyyat aviasiyası, həmçinin SU-27, SU-30 və SU-34 hərbi təyyarələri görünür.