Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları Xarkovdan geri çəkilib

Müdafiə naziri Aleksey Reznikov öz Facebook səhifəsində yazıb ki, Luqansk və Sumı bölgələrində və Kiyevin şimalında ağır döyüşlər gedir. Onun sözlərinə görə, ölkənin cənubunda çətin vəziyyət yaranıb, lakin “düşmən bunu gözləmirdi”.

“Düşmən Xarkov yaxınlığında dayandırılıb. Şərqdə bir çox bölgədə susdurulub geri çəkildi. Rusiyalı işğalçılar artıq təslim olur. Kreml havadan hücum da daxil olmaqla yeni hücum dalğası hazırlayır. Amma ordumuz onunla görüşməyə hazırdır”, - Reznikov bildirib.

Müdafiə naziri xatırladıb ki, Ukrayna silahlı qüvvələri tərəfdaşlardan alınan müasir silahlardan fəal şəkildə istifadə edir və dünya ictimaiyyəti sanksiyalar tətbiq etməyə başlayır.

“Silahlı qüvvələr, sərhədçilər, xilasedicilər, digər güc strukturlarının döyüşçüləri qəhrəmancasına müdafiə olunurlar. Bütün xalq yavaş-yavaş müqavimətə qoşulur. Artıq minlərlə vətəndaş Ərazi Müdafiə Qoşunlarının sıralarına qoşulub... Sabah rusiyalılalar Putinin əməllərinin nəticəsini görəcəklər. Biz öz torpağımızdayıq və geri çəkilməyəcəyik”, - deyə müdafiə idarəsinin rəisi vurğulayıb.