Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları Ukraynada daha 4 azərbaycanlını öldürüblər

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Odessada yaşayan soydaşlarımızın verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib. Həmin şəxslər Xarkovu tərk etmək üçün Odessaya gediblərmiş.

Qeyd edək ki, Odessadakı Azərbaycan diasporunun üzvü Anar Ağazadə də gecə hadisə barədə məlumat paylaşıb.

Xarkovda isə küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib. Bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.

Adgəzəlli deyib ki, K. Məmmədov hazırda atışma olduğu üçün küçədən meyiti götürmək mümkün olmadığını bildirib.

Hadisə yarım saat əvvəl baş verib. (APA)