Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları Kremennaya şəhərindən çıxdı

Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini tərk edib.

UNIAN xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.



“Lakin Ukrayna Silahlı Qüvvələri hələ şəhərə daxil olmayıblar. Liman şəhəri ətrafında isə döyüşlər davam edir”, - o bildirib.

S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq: "Əsas zərbə həmin ərazilərdə olacaq".