Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qoşunları Çerniqov və Qrodnoda geri oturduldu

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhəri ətrafında gedən döyüşlərdə geri oturdulub və Sednev yaşayış məntəqəsi istiqamətində geri çəkilib, habelə Qrodno ətrafında güclü müqavimətlə qarşılaşaraq Semyonovka yaşayış məntəqəsi istiqamətində geri çəkiliblər. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnıy özünün Facebook səhifəsində bildirib.

“Düşmən texnikası Çerniqovdan Sednevə və Qrodnodan Semyonovkaya tərəf geri çəkilməli oldu”,-məlumatda deyilir. Qeyd olunur ki, ruslar geri çəkilərkən bir neçə texnikanı, sənədləri və hərbi ləvazimatları da atıb gediblər.