Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Qordonu və Nevzorovu cəzalandırmaq istəyir - BÖHTANA görə! 

RF İstintaq İdarəsi Ukrayna jurnalisti Dimitri Qordona və Rusiya jurnalisti Aleksandr Nevzorova qarşı cinayət işi başlayıb. Pressklub.az bu barədə komitənin saytına istinadən məlumat verir. 

Rusiyada Qordonun əməllərini “aqressiv müharibəyə çağırış, milli mənsubiyyətə görə ədavət, yaxud nifrətin qızışdırılması; həqiqət adı altında Rusiya ordusu haqqında qərəzli məlumatların yayılması” kimi qiymətləndiriblər.

“İstintaq komitəsi cinayət işi üzrə ittiham olunan şəxsin çıxışlarının qiymətləndirilməsi məqsədi ilə bütün lazımi hərəkətləri həyata keçirir. Axtarış elan edilməsi üçün tədbirlər görüləcək”, - məlumatda bildirilir. 

Qeyd edək ki, Qordon öz müsahibələrində dəfələrlə Putini “müasir dövrün Hitleri” adlandırıb.

Nevzorov isə “Rusiya hərbi Qüvvələri haqqında yalan yaymaq” adlı maddə üzrə cinayət törətməkdə ittiham olunur.

İstintaqın fikrincə, Nevzorov “Mariupolda Rusiya aviasiyasının doğum evini atəşə tutması haqqında qəsdən yalan məlumat” yayıb. Bildirilir ki, RF İstintaq İdarəsi Nevzorovun yerini müəyyənləşdirmək üçün təxirəsalınmaz tədbirlər görür, onunla bağlı istintaq tədbirləri görməkdə və prosessual hərəkətlər icra etməkdə israrlıdır.

Qordon öz cavabını videoya yazıb, bu video artıq internetdə milyonlarla baxış toplayıb. Nevzorov isə onun cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərə münasibətini açıqlamayıb.