Rusiya qisası mülki əhalidən alır - Ukraynada insanlar bombardman edildi
09 Avqust 2024
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərini atəşə tutması nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə "RBK-Ukrayna" daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, atəş nəticəsində 1000 kvadratmetr sahəsi olan ticarət mərkəzində baş verən yanğın söndürülüb. Hadisə yerində Fövqəladə Hallar üzrə Dövlət Xidməti, hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyir.
KİV-in məlumatına görə, hücum zamanı ağır artilleriyadan istifadə edilib. Həmçinin şəhərdəki “Novaya poçta”nın yük şöbəsi və supermarket də atəşə tutulub.