Bakıda Xankəndiyə "Stepanakert" deyən erməni jurnalistin reaksiyası ilə səhvini anında düzəltdi - Video
03 Noyabr 2026
Bakıda doğulan, Xankəndidə böyüyən erməni rəqqas Arsen Aqamalyan 44 ildən sonra Bakıya gəlib.
İctimai TV xəbər verir ki, ikiqat dünya və üçqat Avropa çempionu olan rəqqas "Azerbaijan Dance Festival 2026" beynəlxalq rəqs festivalında iştirak etmək üçün ölkəmizə səfər edib.
Rəqqas müsahibə zamanı uşaqlıq xatirələrindən danışarkən Qız qalası ilə bağlı yaşadığı duyğuları bölüşüb:
"Atam Qarabağdan Bakıya gəlib, anamla burada tanış olub. Onların gəncliyi də burada keçib. Dünən gözlənilməz bir hadisə baş verdi. Qız qalasının harada yerləşdiyini belə xatırlamırdım. Bulvarda gəzirdim, birdən dönüb Qız qalasının harada olduğunu soruşmaq istədim. Gördüm ki, qarşımda dayanıb. Bu, uşaqlığımdan qalan bir mənzərə idi. Gözlərim yaşardı".
Müsahibə zamanı Arsen Aqamalyan Xankəndi şəhərinin adını "Stepanakert" kimi çəkib. Jurnalist onun səhvini düzəldərək şəhərin rəsmi adının Xankəndi olduğunu xatırladıb. Bundan sonra rəqqas da şəhərin adını Xankəndi kimi təkrarlayıb.
Görüntüləri təqdim edirik: