Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya qadağan olunmuş minalardan istifadə edib

Ukraynada döyüşən Rusiya qoşunları Xarkov vilayətində qadağan olunmuş piyada əleyhinə minalardan istifadə edib.

CNN xəbər verir ki, bu barədə “Human Rights Watch” beynəlxalq təşkilatının məlumatında deyilir. Bildirilir ki, martın 28-də ukraynalı istehkamçılar tərəfindən piyada əleyhinə minalar aşkarlanıb:

“Rusiyanın 16 metr radiusda insanları ayrı-seçkilik etmədən öldürə və şikəst edə bilən yeni yerləşdirilmiş minalara sahib olduğu məlumdur”.

Təşkilatın silah məsələləri üzrə direktoru Stiv Quz deyib: “Dünya ölkələri Rusiyanın Ukraynada qadağan olunmuş piyada əleyhinə minalardan istifadəsini qəti şəkildə pisləməlidir. Bu silahlar hərbi və mülki şəxslər arasında heç bir fərq qoymur və gələcək illər üçün ölümcül miras buraxır”.

1997-ci il Minaların Qadağası üzrə Beynəlxalq Müqavilə piyada əleyhinə minaların istifadəsini, istehsalını, yığılmasını və köçürülməsini tamamilə qadağan edir. Rusiya müqaviləyə qoşulan 164 ölkə arasında deyil.

"Rusiyanın Ukraynada piyada əleyhinə minalardan istifadə etməsi bu dəhşətli silahların istifadəsini qadağan edən beynəlxalq normaları qəsdən pozur", - Quz əlavə edib.