Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya prezidenti, cənab... Putin" - VİDEO

ABŞ Prezidenti Co Bayden səhvən Ukrayna lideri Volodimir Zelenskini “Prezident Putin” kimi təqdim edib.

Bayden Vaşinqtonda NATO sammiti çərçivəsində Zelenskini səhnəyə dəvət edərkən bu səhvə yol verib:

“İndi sözü qərarlı olduğu qədər cəsur da olan Ukrayna Prezidentinə vermək istəyirəm. Cənablar və xanımlar, Prezident Putin”.

Səhvini dərhal anlayan ABŞ lideri bunu “fikrini Putin üzərində qələbəyə həddindən artıq yönəltməsi” ilə izah edib. 

Zelenski isə öz növbəsində Putin adlandırılmasına “Mən daha yaxşıyam” deyərək cavab verib.