Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya prezidenti: "Bakı ilə İrəvan arasında nizamlanmada iştirak etməyə hazırıq"

Rusiya Bakı ilə İrəvan arasında nizamlanmada hər iki tərəf üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşü zamanı deyib.

O, Azərbaycana səfərindən sonra Prezident İlham Əliyevlə danışıqların nəticələrini Ermənistanın baş naziri Nikol Paşinyanla müzakirə edəcəyini vurğulayıb.

“Əlbəttə, Azərbaycana səfərimdən sonra baş nazir Paşinyanla əlaqə saxlayıb, danışıqlarımızın nəticələri barədə ona məlumat verəcəyəm”, - Putin bildirib.

O, həmçinin bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar.

Rusiya Prezidenti onu da vurğulayıb ki, Moskva Azərbaycanın Cənubi Qafqazdakı vəziyyətin tam nizamlanmasına hədəfləndiyini bilir.