Rusiya Poltavaya zərbələri endirib - Ölənlər var
03 İyul 2025
Bu gün səhər saatlarında Rusiya Ukraynanın Poltava şəhərinə dron zərbələri endirib.
“Unian“ xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin Baş qərargahı məlumat yayıb. Hücum nəticəsində 2 nəfər ölüb.
Daha 10 nəfərin isə yaralandığı bildiriliir.
“Təəssüf ki, ölənlər və yaralananlar var, xüsusən də mülki şəxslər. Zərərçəkənlər haqqında əlavə məlumat veriləcək”, - Baş qərargahdan bildirilib.