Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusuunun Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ

Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 minə yaxınlaşır.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda deyilir.