Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ordusunun şəxsi heyətinin sayı 1,5 milyon nəfərə çatdırılacaq

“Rusiya Silahlı Qüvvələrinin (SQ) şəxsi heyətinin sayının 1,5 milyon nəfərə çatdırılması barədə qərar qəbul edilib”.

TASS xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O deyib ki, Rusiyanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlar çərçivəsində Rusiyada iki hərbi dairə - Moskva və Leninqrad hərbi dairələri yaradılacaq: “Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrin şəxsi heyətinin 1,5 milyon hərbi qulluqçuya çatdırmaqla bağlı qərar verib”.

S.Şoyqu əlavə edib ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının sayının artırılması Dövlət Müdafiə Sifarişinə əsasən, silah təchizatı və infrastrukturun tikintisi ilə sinxronlaşdırılmalıdır.