Rusiya ordusuna ölümcül zərbə: Kazarmada 400-600 əsgər məhv edildi
02 Yanvar 2023
Ukrayna ordusunun Donetsk yaxınlığındakı Makeyevka şəhərində kazarmaya zərbəsindən sonra Rusiya ordusuna səfərbər olunmuş yüzlərlə əsgərin öldüyü ehtimal edilir. Bu haqda Kremlə yaxın Telegram kanalları məlumat yayıb. Ukrayna ordusunun strateji kommunikasiyalar idarəsi 400-ə yaxın itkinin olduğunu bildirir.
Səfərbərliyə cəlb olunanlar şəhərin Kreml küçəsindəki texniki-peşə məktəbində yerləşdiriliblərmiş. Rusiya mənbələrinin məlumatına görə, Yeni il gecəsi HIMARS yüksək dəqiqlikli raket kompleksindən obyektə zərbə endirilib.
“Tsarqrad” hərbi yönümlü kanalı bildirir ki, “yüzlərlə ölən”in olduğu deyilir. “Operativ məlumatlar” kanalı 500 nəfərin öldüyünü yazıb. Rusiyalı hərbi bloger Boris Rojin isə Telegram-da yazıb ki, yanvarın 1-də axşam “dağıntılar altında hələ iş gedirdi”.
Bəzi mənbələr ölənlərin sayını 600 nəfər olduğunu xəbər verirlər.
Ukrayna ordusunun strateji kommunikasiyalar idarəsi isə Telegram kanalında qeyd edir ki, 400 nəfər öldürülüb, 300 nəfər yaralanıb. Ancaq idarə digər sosial şəbəkələrdə informasiyanı təkrarlamayıb. Ukrayna Baş Qərargahı yanvarın 1-də yaydığı məlumatda da ölənlər haqda bilgi verməyib.
Rusiya ordusu Ukraynadakı müharibədə itkilərini açıqlamır. Pentaqon noyabrda bildirib ki, Rusiya və Ukraynanın hərəsində 100 minədək ölü və yaralı var.
Sentyabrda Rusiya ordusuna səfərbərlik elan edilib. Orduya 300 minədək insanın cəlbi planlaşdırılıb. Yeni səfərbər edilənlər təlimin, sursatın çatışmazlığımdam, komandanlığın səriştəsizliyindən gileyləniblər. Jurnalistlər müstəqil şəkildə səfərbər olunanlar arasında 430 ölümün olduğunu təsdiqləyiblər.
İtki sayı təsdiqlənsə, bu, Rusiyanın 10 ay öncə başladığı işğalı dövründə ən böyük itki verdiyi insidentlərdən biri olacaq.
Rusiyalılar onlayn şəbəkələrdə insidentlə bağlı sarsıntı və qəzəblərini ifadə edirlər. Bəzi Rusiya qrupları zərbənin Ukrayna tərəfdən yüksək dəqiqlikli HIMARS raketilə endirildiyini ehtimal edirlər.
Ukrayna ordusunun Strateji Kommunikasiya Departamenti yanvarın 1-də Telegram-da yazıb ki, “Santa”nın hücumu nəticəsində Mekeyevka şəhərində PTU-19 adlanan peşə məktəbində “400-dək meyit” var. Daha 300 yaralının olduğu bildirilir.
Rusiyanın Müdafiə Nazirliyi məlumatları rəsmi şərh etməyib.

Ukrayna tərəfin məlumatı