Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ordusu Xersondan qaçır - Şoyqu Dneprin sol sahilinə çəkilmək əmri verdi - VİDEO

Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

"Rossiya 24" telekanalı xəbər verir ki, bunu Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin bildirib.

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı birləşmiş qoşunlar qrupunun komandirinin məruzəsindən sonra Rusiya qoşunlarının işğalın ilk günlərində ələ keçirilmiş Xersondan çıxarılmasına başlamaq barədə göstəriş verib.

"Hesab edirəm ki, Dnepr çayının sağ sahilində qalmaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm", - Surovikin deyib.