Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb" - Ukrayna Silahlı Qüvvələri

“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir: “İtki yoxdur, kritik durum yaranmayıb”.

Xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.