Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Nyu-Yorka raket atdı: ölən və yaralılar var - FOTO




Bu gün Rusiya ordusunun hərbçiləri Donetsk vilayətinin Nyu-York yaşayış məntəqəsinə hava zərbəsi endirib.

Bu barədə Donetsk rəhbəri Pavel Kirilenko mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, raket zərbələri nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb:

“Rusiya hava zərbələri ilə sənaye müəssisəsini və yaşayış məntəqələrini vurub. Ən azı 9 fərdi evə ziyan dəyib, lakin dəymiş ziyanın dəqiq məbləği hələ müəyyən edilməyib”.