Rusiya Müdafiə Nazirliyinin general-leytenantı güllələnib
06 Fevral 2026
Moskvada naməlum şəxs yaşayış evində atəş açaraq Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevi yaralayıb.
Bu barədə Rusiya mətbuatı Təhqiqat Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, istintaq orqanları tərəfindən şəxsiyyəti müəyyən edilməmiş kişi Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə bir neçə dəfə atəş açıb. Atəş arxadan açılıb. Vladimir Alekseyev xəstəxanaya yerləşdirilib. Atəş açan kişi axtarılır.
Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirdiyi kimi, qatil general-leytenantı Volokolamsk şossesindəki yaşayış binasının yanında gözləyib. Cinayət işi qətlə cəhd (RF CQ-nin 105-ci maddəsinin 1-ci hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi) və silahın qanunsuz dövriyyəsi (222-ci maddənin 1-ci hissəsi) maddələri ilə başlanılıb.