Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Müdafiə Nazirliyi dinc əhalini bombalamasına haqq qazandırmağa çalışdı

“İyulun 14-də yüksəkdəqiqlikli dəniz bazalı “Kalibr” raketləri Vinnitsa şəhərində Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin qarnizon evinin binasına zərbə endirib”.

Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

“Vinnitsadakı zabitlər evinin binasında Ukrayna Silahlı Qüvvələri komandanlığı ilə əcnəbi silah tədarükçüləri arasında müşavirə keçirilirdi. Zərbə nəticəsində müşavirənin iştirakçıları məhv edilib”, - Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, bu, Vinnitsaya raket hücumu ilə bağlı Rusiya Müdafiə Nazirliyinin ilk rəsmi açıqlamasıdır.

Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Ukraynanın mərkəzində yerləşən təhlükəsiz şəhərlərindən sayılan Vinnitsa şəhərinə raket zərbələri endirib. Hadisə nəticəsində 3 uşaq daxil olmaqla 23 dinc sakin həlak olub. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu hücumunu terror aktı adlandırıb.

Eyni zamanda hadisədən sonra Rusiya təbliğatının ruporlarından olan, RT telekanalı və “Sputnik” agentliyinin baş redaktoru Marqarita Simonyan Müdafiə Nazirliyinə istinadən şəhərdə zərbənin “nasistlər”ə endirildiyini bildirib. Baş redaktor onlarla dinc sakinin qətlə yetirilməsi faktından isə yan keçib.