Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Moldovanın hava məkanını pozub

Rusiya raketləri Moldovanın hava məkanını pozub.

TASS xəbər verir ki, bu barədə Moldovanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket Moldovanın tanınmamış Dnestryanı bölgəsinin Kolbasna kəndi və Soroka şəhəri ərazisindən keçib.

Nazirlikdən qeyd olunub ki, bununla Moldovanın hava məkanı pozulub: “Bu, qəbuledilməzdir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.