Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Melitopolu böyük hospitala çevirir: Şəhər hücuma hazırlaşır

Ukraynanın Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərinə Rusiya son bir həftə ərzində yüzlərlə yeni səfərbər edilmiş çağırışçı gətirib.

Melitopolda xəstəxana bazasının genişləndirilməsi işləri aparılır. Keçmiş uşaq sanatoriyalarından birində bütün otaqlar palatalara çevrilir.

Mühasibatlıq şöbəsi, təsərrüfat qrupu, administrativ şöbə kompaktlaşdırılır ki, yaralılar üçün yerlər boşaldılsın.

Həmçinin Krımdan Melitopola 100-dən çox təcili yardım maşını gətirilib. Maşınlar təzədir, bütün lazımi avadanlıqlarla təchiz olunub.

Növbəti təcili yardım maşınları partiyasının gətirilməsi gözlənilir.