Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Mariupoldan çıxan evakuasiya avtobuslarını atəşə tutdu: Ölən var - DƏHŞƏTLİ VİDEO

“Atəşkəs rejimi zamanı “Azovstal” zavodunun ərazisində rusiyalılar tankəleyhinə sistemlərdən istifadə edərək bir avtomobili vurublar. Bu avtomobil mülki şəxsləri zavoddan çıxarmaq üçün onlara doğru hərəkət edirdi”.

Bu barədə “Azovstal” zavodunda dinc sakinlərlə birgə mühasirədə qalan “Azov” alayı teleqramda məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində “Azov”un bir döyüşçüsü həlak olub, 6-sı yaralanıb: “Düşmən bütün razılaşmaları pozmaqda davam edir və mülki əhalinin təxliyəsi zamanı təhlükəsizlik təminatlarına əməl etmir”.