Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyevə kamikadze dronlarla zərbələr endirib

Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.

UNIAN xəbər verir ki, Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.

Kamikadze dronlarla hücumdan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İnsan itkisi barədə hələ ki, məlumat yoxdur.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında hava hücumundan müdafiə sistemlərinin lazım olduğunu bildirib.

“Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.