Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kiyev və Dnepri bombalamağa başladı - FOTOLAR/VİDEO

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib.

Ukrayna mediası xəbər verir ki, paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir.

Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

Partlayışlar nəticəsində ölən və yaralananlar var.