Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya İrandan yeni daha güclü “Arash-2” PUA-ları sifariş edib

“Rusiya İrandan yeni “Arash-2” PUA-ları sifariş edib”.

Bu barədə Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin özünün “Telegram” kanalında məlumat verib.

Mütəxəssis İran mənbələrinə istinad edib. Onun sözlərinə görə, yeni PUA-ların döyüş başlığı İranın “Geran-2” dronlarının lokallaşdırılmış versiyasından xeyli böyükdür.

“İranın əslində çox sayda kəşfiyyat, zərbə, kamikadze tipli müxtəlif maraqlı PUA-ları var. Onların bir çoxu müxtəlif döyüş əməliyyatlarında sınaqdan keçirilib”, - deyə Rojin qeyd edib.