Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
15 May 2026
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əsir mübadiləsi “205-in 205-ə” formatında həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi əsirlikdən qayıdan rusiyalı hərbçilərin Belarusda olduğunu açıqlayıb.
Nazirlik Ukrayna ilə əsir mübadiləsinin BƏƏ-nin vasitəçiliyi ilə baş tutduğunu bildirib.