Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ilə Aİ arasında son qatar marşrutu bağlanır

Helsinki və Sankt-Peterburq şəhərlərini birləşdirən "Alleqro" qatarlarının hərəkəti martın 28-dən dayandırılacaq.

Bu barədə cümə günü Finlandiyanın dövlət dəmir yolu operatoru VR məlumat verib.

Qeyd olunur ki, qatarların hərəkəti, Finlandiya hakimiyyətinin qərarına əsasən, Rusiya Federasiyasına tətbiq edilən sanksiyaları nəzərə alaraq, məqsədəuyğun deyil, çünki Rusiyanı tərk etmək istəyən bütün vətəndaşlar artıq bunu ediblər.

Bundan əvvəl, VR Rusiya Dəmir Yolları ilə əlaqəni praktiki olaraq dayandırmışdı, lakin Allegro qatarları işləməyə davam edirdi.

Bu qatar marşrutu Avropa İttifaqı ilə Rusiya arasında sonuncu fəaliyyətdə olan dəmiryolu xətti idi.