Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbi komandanlığı işqal edilmiş Xersondan qaçıb

Rusların hərbi komandanlığının nümayəndələrinin əksəriyyəti Xerson şəhərini tərk edib. Bunu Xerson vilayət şurası rəhbərinin birinci müavini Yuri Sobolevski bildirib.

Ukrayna artilleriyasının Dnepr üzərində bütün körpü keçidlərini həqiqətən məhv edib-etmədiyi sualına Sobolevski müsbət cavab verib. "Mən bunu təsdiq edə bilərəm. Həqiqətən də, bu gün Rusiya ordusunun təhlükəsiz və Xerson yaxınlığında yerləşən hərbi qruplaşmanın ehtiyaclarını tam ödəyən vahid logistik marşrutu yoxdur", - bildirib.

"Görünür, bu, Rusiya hərbi komandanlığının Xersonu tərk etməsinin əsas səbəbi olub. Onların əksəriyyəti artıq Xersonu tərk edib, bu barədə məlumat var", - o deyib.

Daha əvvəl Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim rus komandirlərinin Xersonu tərk etməsindən danışıb.