Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya hərbçiləri humanitar yardım daşınan körpünü partlatdılar - VİDEO

Çerniqovda rus hərbçiləri martın 23-nə keçən gecə Desna üzərindən şəhəri Kiyevlə birləşdirən avtomobil körpüsünü partladıblar. Bu barədə Suspilne xəbər verir.

Sosial şəbəkədə dağılmış körpünün videosu yayılıb.  Zərbə nəticəsində körpünün aşırımlarından birinin uçduğu görünür.

Ukrayna bu körpü vasitəsilə humanitar yardım daşıyırmış.