Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ermənistana qaz nəqlini dayandırır

“Qazprom” Ermənistana qaz nəqlini müvəqqəti dayandıracaq.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə “Qazprom Armenia” məlumat yayıb.

Bildirilib ki, “Şimali Qafqaz-Cənubi Qafqaz” əsas qaz kəmərində planlaşdırılmış təmir işləri ilə əlaqədar 18-19 oktyabr tarixlərində Ermənistana qaz tədarükü müvəqqəti dayandırılacaq.

Bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Qazprom” Ermənistana təbii qazın yeganə tədarükçüsüdür.