Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Donbasda BQXK məntəqəsini bombaladı - 3 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Donbas bölgəsində humanitar yardım paylama məntəqəsinə zərbələr endirməsi nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin üç əməkdaşı ölüb, ikisi yaralanıb.

“Bild” xəbər verir ki, məlumatı Beynəlxalq Qırmızı Xaç Komitəsi yayıb.

Yerli sakinlər arasında xəsarət alan olmayıb.

BQXK prezidenti Miryana Spolyariç hücumu pisləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski hadisənin fotosunu dərc edib və ölənlərin yaxınlarına başsağlığı verib.