Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Buxenvald məhbusunu Xarkovda qətlə yetirdi

Xarkovun atəşə tutulması zamanı 1942-ci ildə Buxenvalda düşmüş, sonra isə daha üç konsentrasiya düşərgəsinin əsiri olan 96 yaşlı Boris Romançenko öldürülüb. Bu barədə BBC xəbər verir.

Romançenko evinə mərmi düşməsi nəticəsində dünyasını dəyişib. Onun ölümünü Buxenvald memorial kompleksinin administrasiyası elan edib.

“Boris Romançenko nasizm cinayətlərinin xatirəsi üçün fəal kampaniya aparıb və Buxenvald-Dora Beynəlxalq Komitəsinin vitse-prezidenti olub”, - məlumatda deyilir.