Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya benzin və dizelin ixracına qoyduğu qadağanın müddətini uzatdı

Rusiya hökuməti benzin, dizel və digər yanacaq növlərinin ixracına qoyduğu müvəqqəti qadağanın müddətini iyul ayının sonuna qədər uzadıb. Baş nazir Mixail Mişustin bununla bağlı müvafiq fərman imzalayıb.

Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya hökuməti qərarın daxili yanacaq bazarında sabitliyin qorunmasına yönəldiyini vurğulayıb.

Qeyd olunur ki, avtomobil benzininin ixracına qoyulan qadağa artıq neft məhsullarının birbaşa istehsalçılarına şamil edilməyəcək.

Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir.